Skip to content
Otağınızıbron edin
  • Courtyard by Marriott Baku
  • Courtyard by Marriott Baku
  • Courtyard by Marriott Baku
  • Courtyard by Marriott Baku
Courtyard by Marriott Baku-ya Xoş Gəlmisiniz
Nəsimi rayonunun mərkəzində yerləşən 4 ulduzlu hotelimiz şəhəri kəşf etmək üçün ideal məkandır. Heydər Əliyev Mərkəzi, Qız Qalası və Nizami küçəsi kimi əsas görməli yerlərə rahatlıqla çata bilərsiniz. Geniş otaqlarda yumşaq yataq dəstləri və pulsuz Wi-Fi ilə dincəlin, 24/7 fəaliyyət göstərən TechnoGym fitness mərkəzində gündəlik idman rutininizi qoruyun, BESH Gastropub-da isə yerli və beynəlxalq mətbəxin dadlı seçimlərindən zövq alın. 11 müasir iclas otağı ilə hotelimiz biznes səfərləri üçün də uyğun seçimdir. Green Key sertifikatımız isə hotelimizin həm rahat qonaqlama, həm də daha məsuliyyətli seçimlərə önəm verdiyini əks etdirir.
Birbaşa Rezervasiyanın Üstünlükləri
  • Ən Yaxşı Qiymət Zəmanəti
  • Pulsuz Wi-Fi
  • Marriott Bonvoy Üzvlərinə Özəl Üstünlüklər
 

Müasir Otaqlar və Suitlər Şəhərin Mərkəzində Rahat İstirahət Məkanınız

Deluxe Room, Winter Park View & Balcony

Deluxe Room, Winter Park View & Balcony

Şəxsi balkonunuzdan Bakının Qış Parkına açılan yaşıllıq mənzərəsindən zövq alın və günə sakit atmosferdə başlayın.
Otaqda sizi rahat queen yataq, yumşaq yataq dəstləri, Nirvae məhsulları ilə təchiz olunmuş mərmər duş otağı, xalat və başmaqlar, həmçinin daha geniş və rahat istirahət üçün nəzərdə tutulmuş yaşayış sahəsi gözləyir.
Per Night
  • Otağın ölçüsüOtağın ölçüsü32-35 m2
  • YataqYataq1 Queen çarpayı
  • NəfərNəfər3 nəfər
Junior Suite, Winter Park View

Junior Suite, Winter Park View

Ən geniş otağımız sakit park mənzərəsi, məxfi ayrılmış king yataq sahəsi və sofa-yataqlı ayrıca qonaq otağı ilə sizə rahat suit təcrübəsi təqdim edir. Həm uzunmüddətli qonaqlamalar, həm də daha geniş və rahat məkan axtaran qonaqlar üçün ideal seçimdir.
Mərmər duş otağı, Nirvae məhsulları, xalat və başmaqlar, mini soyuducu və pulsuz Wi-Fi qonaqlamanızı daha komfortlu edir. İstəyə əsasən əlavə yataq da təqdim oluna bilər.
Per Night
  • Otağın ölçüsüOtağın ölçüsü39-52 m² m2
  • YataqYataq1 King çarpayı + Divan çarpayı
  • NəfərNəfər3 nəfər
Superior Room, City View

Superior Room, City View

Şəhər mənzərəsinə açılan geniş superior otağımızda Bakının panoramasını daha yuxarıdan izləyin. Ayrıca yaşayış və oturma sahəsi otağa daha rahat və funksional atmosfer qatır. Otaqda temperaturu öz istəyinizə uyğun tənzimləmək imkanı, pillowtop döşək və yumşaq yorğan, Nirvae məhsulları ilə təchiz olunmuş mərmər duş otağı, xalat və başmaqlar, mini soyuducu və qəhvə aparatı qonaqlamanızı daha komfortlu edir. Otaq king və ya twin yataq seçimləri ilə təqdim olunur. İstəyə əsasən əlavə yataq da təmin edilə bilər.
Per Night
  • Otağın ölçüsüOtağın ölçüsü30-46 m² m2
  • YataqYataq1 King çarpayı və ya 2 Twin çarpayı
  • NəfərNəfər3 nəfər
Superior Room, Winter Park View

Superior Room, Winter Park View

Qış Parkının sakit mənzərəsinə açılan geniş superior otaq rahat qonaqlama üçün xoş atmosfer yaradır. Ayrıca yaşayış və oturma sahəsi, pillowtop döşək və yumşaq yorğan, Nirvae məhsulları ilə təchiz olunmuş mərmər duş otağı, xalat və başmaqlar, mini soyuducu və qəhvə aparatı rahatlığınız üçün düşünülüb.
Otaq king və ya twin yataq seçimi ilə təqdim olunur. İstəyə əsasən əlavə yataq da təmin edilə bilər.
Per Night
  • Otağın ölçüsüOtağın ölçüsü30-46 m² m2
  • YataqYataq1 King çarpayı və ya 2 Twin çarpayı
  • NəfərNəfər3 nəfər
Guest Room, City View

Guest Room, City View

Müasir səyahətçilər üçün düşünülmüş bu şəhər mənzərəli otaqda Bakının canlı panoraması pəncərənizdən görünür.
Pillowtop döşək və yumşaq yorğan, Nirvae məhsulları ilə təchiz olunmuş mərmər duş otağı, xalat və başmaqlar, mini soyuducu, qəhvə aparatı və otaqda temperaturu öz istəyinizə uyğun tənzimləmək imkanı qonaqlamanızı girişdən çıxışa qədər rahat edir.
Otaq king və ya twin yataq seçimi ilə təqdim olunur.
Per Night
  • Otağın ölçüsüOtağın ölçüsü21-31 m² m2
  • YataqYataq1 King çarpayı və ya 2 Twin çarpayı
  • NəfərNəfər2 nəfər
     
Guest Room, Winter Park View

Guest Room, Winter Park View

Qış Parkına baxan bu sakit otaq rahat istirahət üçün düşünülüb. Səhərə təbii işıq və parkın yaşıllıq mənzərəsi ilə başlayın.
Pillowtop döşək və yumşaq yorğan, Nirvae məhsulları ilə təchiz olunmuş mərmər duş otağı, xalat və başmaqlar, mini soyuducu, qəhvə aparatı və pulsuz Wi-Fi rahat qonaqlama üçün lazım olan hər şeyi təmin edir.
Otaq king və ya twin yataq seçimi ilə təqdim olunur.
Per Night
  • Otağın ölçüsüOtağın ölçüsü19-34 m² m2
  • YataqYataq2 King Bed or 2 Twin Beds
  • NəfərNəfər2 nəfər
Guest Room, Limited View

Guest Room, Limited View

Rahat və funksional şəkildə hazırlanmış bu otaqda qonaqlama üçün lazım olan əsas hər şey düşünülüb: dərin və rahat yuxu üçün pillowtop king yataq və yumşaq yorğan, Nirvae məhsulları ilə təchiz olunmuş mərmər duş otağı, xalat və başmaqlar, mini soyuducu, qəhvə aparatı, yazı masası və pulsuz Wi-Fi.
Bakını kəşf etməyə daha çox vaxt ayırmaq istəyən qonaqlar üçün ideal seçimdir.
Per Night
  • Otağın ölçüsüOtağın ölçüsü22-31 m² m2
  • YataqYataq1 King Bed
  • NəfərNəfər2 nəfər
Fitness Mərkəzi və Spa

Öz Ritminizdə Yenilənin

Fitness Mərkəzi və Spa

 

Gündəlik rutininizi 24/7 fəaliyyət göstərən, tam təchiz olunmuş fitness mərkəzimizdə davam etdirin. Kardio, güc məşqləri və digər idman ehtiyacları üçün ən müasir TechnoGym avadanlıqları bütün qonaqlar üçün ödənişsiz təqdim olunur. Daha sakit bir an üçün isə prosedur otağımıza üz tutun. Peşəkar terapevtlərimiz əvvəlcədən rezervasiya əsasında fərdi masajlar və orqanik terapiyalar təqdim edir.

  • Prosedurunuzu bron etmək üçün: +994 12 377 40 40

Ünvan

Restoranlar və Barlar

BESH Gastropub

Ləzzətli yeməklər, isti atmosfer və Bakının dadları bir məkanda. İstər günə enerjili başlamaq üçün doyumlu səhər yeməyi, istərsə də axşam saatlarında rahat şam yeməyi olsun, BESH Gastropub hər zaman doğru seçimdir.

 

Adını Azərbaycan dilində "beş" sözündən alan BESH Gastropub Bakının dadlarını bir araya gətirir. Aşpazlarımız yerli məhsulları beynəlxalq mətbəx yanaşması ilə birləşdirərək həm tanış, həm də fərqli dadlarla zəngin menyu təqdim edir. Zəngin səhər yeməyindən xüsusi dadlarla seçilən axşam təamlarına qədər burada hər seçim özünəməxsus ləzzət daşıyır. Masanıza əyləşin və BESH-in isti atmosferindən zövq alın.

  • Çimərlik geyimi ilə giriş qadağandır
  • 24 saat otaq xidməti mövcuddur (sifariş üçün resepşn ilə əlaqə saxlayın)
BESH Gastropub
BESH Gastropub
+994 12-377404
Mətbəx: Beynəlxalq və Azərbaycan mətbəxi
İş Saatları
Hər gün06:30-23:00
Hər Tədbirə Uyğun Müasir Məkanlar
Detallar
  • Təbii gün işığı alan, hər biri təxminən 46 m² olan 11 müasir iclas otağı
  • Müxtəlif düzülüş imkanları: teatr formatı — 32 nəfər, banket formatı — 24 nəfər, konfrans formatı — 14 nəfər
  • Ümumilikdə 502 m² tədbir sahəsi və kiçik qrup görüşləri üçün 3 əlavə otaq
  • TV, telekonfrans, videokonfrans və yüksək sürətli Wi-Fi imkanları
  • Marriott sertifikatlı toy planlayıcılarının dəstəyi
  • Kofe fasilələrindən şam yeməyinə qədər fərdi katerinq seçimləri

İclaslar və TədbirlərHər Tədbirə Uyğun Müasir Məkanlar

Tədbirinizin formatından asılı olmayaraq — istər işgüzar görüş, istər şirkət konfransı, istərsə də arzuladığınız toy mərasimi olsun — Courtyard Baku sizə uyğun məkan və peşəkar komanda təqdim edir.
Təbii gün işığı alan və telekonfrans, yüksək sürətli Wi-Fi daxil olmaqla müasir AV avadanlıqları ilə təchiz olunmuş 11 iclas otağımız teatr formatında 32 nəfərə qədər qonaq qəbul edə bilir. Marriott sertifikatlı toy planlayıcılarımız və tədbirlər komandamız fərdi menyulardan təşkilati detallara qədər hər mərhələdə sizin yanınızdadır.
Ünvan və Əlaqə Məlumatları

Ünvan və Əlaqə Məlumatları

Ünvan: AZ1009, Azərbaycan, Bakı şəhəri, Nəsimi rayonu, M. Füzuli və Ə. Topçubaşov küçələrinin kəsişməsi, 300-303-cü məhəllə
Telefon nömrəsi: +994 12-3774041
E-poçt ünvanı: info@courtyardbaku.com
Hava limanı: Heydər Əliyev Beynəlxalq Hava Limanı (GYD): 24.6 km
Yaxınlıqdakı görməli yerlər: Heydər Əliyev Mərkəzi · Qız Qalası · Nizami küçəsi · 28 May metro stansiyası · Port Baku · İçərişəhər
Parkinq: Hotel ərazisində ödənişsiz parkinq · Əlillər üçün xüsusi parkinq yerləri · Elektrikli avtomobillər üçün enerji doldurma stansiyası
Qeydiyyat / Çıxış: Giriş: 15:00 · Çıxış: 12:00
Instagram hesabı: @courtyardbaku
Facebook hesabı: CourtyardBaku

Qalereya